Azərbaycan Milli Xalça Muzeyi

Azərbaycan Milli Xalça Muzeyi

Yer: Bakı şəh., Mikayıl Hüseynov pr., 28

İş saatları: Ç.A.–Cümə 10:00–18:00; Şənbə 11:00–19:00; Bazar 11:00–18:00; B.E. — istirahət günü

Yaş:

Əlaqə: +994 12 497 20 16, +994 12 497 20 57

Dənizkənarı Bulvarda yerləşən və ölkəmizin müasir memarlıq möcüzələrindən sayılan Xalça Muzeyinin binası bükülmüş xalçanı xatırladır. Dünyanın ən böyük xalça kolleksiyalarından biri (6 000-dən çox) məhz burada qorunur. Azərbaycan Milli Xalça Muzeyinin başlıca vəzifəsi Azərbaycanın xalça nümunələrinin toplanılması, qorunub saxlanılması, tədqiqi, nümayişi və təbliğidir. Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələrlə dolu sirli dünyasına səyahət sizdə unudulmaz təəssürat doğuracaq. Muzeyin nəfis və incə zövqlə tərtib edilmiş stendlərində xalçaların necə toxunduğunu canlı olaraq izləmək, bu qədim el sənətinin tarixinə bir daha baxıb, ətraflı bilgi almaq və Azərbaycanın yeddi xalçaçılıq məktəbinə məxsus yüzlərlə əl işini müqayisə etmək mümkündür. Birinci mərtəbədə sizi maraqlı suvenirlərin satıldığı kiçik mağaza da gözləyir. Bu günə qədər Azərbaycan Xalça Muzeyi yalnız sərgi məkanı deyil, həm də ənənələrin, milli əsasların qorunması və keçmişlə indiki arasında dialoqun canlı mərkəzidir.